17.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının müəllimləri - Aygün Əzənmədova və Naibə Məmmədlinin təşkilatçılığı ilə III kurs AET 23/04 SB qrup tələbələrinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə E...
17.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının müəllimləri - Aygün Əzənmədova və Naibə Məmmədlinin təşkilatçılığı ilə III kurs AET 23/04 SB qrup tələbələrinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Eko-Parkına ekskursiyası təşkil olunub.
Tələbələr Zirə mədəniyyət Mərkəzində yerləşən – “Yaşıllıq qalereyası”, “Xalça muzeyi”, “Milli geyimlər moda studiyası”, ekzotik gül və ağac kompozisiyasından ibarət “Orxideya evi” ilə tanış olublar.
Parkda tələbələr - Aytən Novruzova, Aygül Butayeva və Aynurə Məmmədova pedaqoji tədris təcrübəsi üzrə məşğələ icmallarını təqdim ediblər.
“Orxideya evi” ndə isə müəllimlərin təşkil etdikləri öyrədici oyun keçirilmişdir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi və təcrübəçi tələbələrin dünyagörüşünü artırmaq məqsədilə təşkil olunan ekskursiyada flora və faunanın qorunması, estetik zövqün yüksəlməsi, estetik tərbiyə kimi məsələlər önə çəkilmişdir.