Həmkarlar İttifaqı

ADPK işçilərinin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən ictimai təşkilat

Həmkarlar İttifaqı
İctimai təşkilat

Həmkarlar İttifaqı Haqqında

Azərbaycan Həmkarlar İttifaqı müxtəlif dövrlərdə fəaliyyət göstərsə də hər bir dövrdə insanların inam və güvənc yeri olub. Həmkarlar İttifaqı dedikdə insanların peşə fəaliyyətləri ilə bağlı ümumi maraqlarını təmsil edən, onların əmək və mənafelərinin müdafiəsi üçün yaranan ictimai təşkilat başa düşülür.

Həmkarlar ittifaqı kollecdə çalışan işçi heyətinin, habelə təqaüddə olan işçilərin və təhsil alan tələbələrin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət göstərən ictimai təşkilatdır. Həmkarlar ittifaqı əmək, sosial-iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edir.

Komitə Sədri

Svetlana Məhəd qızı Əhmədova

Həmkarlar İttifaqı Komitəsinin sədri (2020-dən)

s.ahmadova@adpk.edu.az
101
İnzibati işçi
216
Müəllim
1016
Tələbə

Həmkarlar İttifaqının Məqsədi

Həmkarlar İttifaqı kollecdə çalışan işçi heyətinin, habelə təqaüddə olan işçilərin və təhsil alan tələbələrin əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət göstərən ictimai təşkilatdır.

Həmkarlar ittifaqı əmək, sosial-iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edir.

Əsas Vəzifələr

  • Sosial əməkdaşlıqda işçilərin mənafelərini təmsil edir, kollektiv danışıqlar aparır, kollektiv müqavilələr və sazişlər bağlayır, onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
  • İşə götürənlərin əmək qanunvericiliyinə və digər normativ hüquqi aktlara əməl etmələrinə nəzarəti həyata keçirir.

Fəaliyyətlər və Təqdim Edilən Xidmətlər

Hüquqi Yardım

Üzvlərə hüquqi, maddi və digər yardım növlərini göstərir

Sanatoriya-Kurort

Müalicə, uşaq sağlamlıq istirahəti və mədəniyyət müəssisələrinin təşkili

İstirahət və Turizm

İstirahət, turizm, bədən tərbiyəsi, idman və xeyriyyəçilik fəaliyyəti

Sosial Müdafiə

İşçilərin səhhəti, ailə vəziyyəti ilə əlaqədar ödənişsiz məzuniyyətin təmin edilməsi

Əmək Haqları, Hüquqların Müdafiəsi və Sosial Müdafiə

Kollecin işçilərinin səhhəti, ailə vəziyyəti və digər səbəblərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş ödənişsiz məzuniyyətin müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi əsasında verilməsini təmin etmək.

Kollecdə yaradılmış intizam komissiyasının iclaslarında mübahisəli məsələlərin həllində iştirak edib, işçilərin hüquqlarının qorunmasını təmin etmək.

Yasamal tədris binası

Bakı şəhəri, İnşaatçılar pr. 45

+994 12 539 11 71
info@adpk.edu.az

İş saatları: 09:00 – 18:00

Sabunçu tədris binası

Bakı şəhəri, Yusif Qasımov küç. 41

+994 12 550 81 83
info@adpk.edu.az

İş saatları: 09:00 – 18:00