105 İllik Pedaqoji Ənənə
2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təsis edilməsinin 100 illiyi tamam oldu. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir.
Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016-cı il tarixli, 30№-li Qərarına əsasən Bakı Sənaye‑Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilərək ADPU-nun nəzdinə verilmişdir.
Ad Tarixi
Bakı Kişi Müəllimləri Seminariyası
Bakı Qadın Müəllimləri Seminariyası
Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası
Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu
M. Ə. Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumu
M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi
M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi
M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu
M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kolleci
bu günə kimi
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Hazırlanan İxtisaslar
Hazırda kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Rəhbərlik Tarixi
M. Ə. Sabir adına Pedaqoji Kollec
1950–2016
Bakı Sənaye‑Pedaqoji Kolleci
1948–2016
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
2016 – bu günə kimi
2025 – bu günə kimi: Amalya Mahal qızı Sezgin
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 29 iyul 2025-ci il tarixli əmrinə əsasən təyin edilmişdir
Yaranma Tarixi
Kollecin yaranması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk illərindəki ölkədə orta ixtisas təhsilinin bərpası milli müəllim kadrlarının hazırlanması ilə başladı. Ümumtəhsil məktəblərinin sürətlə artması şagird sayının çoxalması Azərbaycan dilində dərs deməyi bacaran müəllimlərə böyük ehtiyac yaratdı.
Bu məqsədlə Bakı Kişi Müəllimlər Seminariyası açıldı və ona Rəşid bəy Əfəndiyev rəhbərlik etdi. Sonradan seminariyanın rəhbərliyinə Pənah Qasımov təyin olundu. O, Hüseyn Cavid, Abdulla Şaiq, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev kimi dövrün tanınmış ziyalılarını tədrisə cəlb etdi.
Qısa zamanda məktəbdə ciddi nizam-intizam və yüksək tədris səviyyəsi formalaşdı, nüfuzu qonşu respublikalara qədər yayıldı. Tələbələrin biliyini qiymətləndirən komissiya yalnız 40 nəfəri təhsilə davam etməyə layiq gördü. Onlardan 9 nəfər 1922/23-cü ildə ilk məzunlar oldu və ölkənin müxtəlif bölgələrinə müəllim kimi göndərildi.
1920-ci ildə Bakıda Darülmüəllimat – qadın müəllim seminariyası yaradıldı. Müdir Mədinə xanım Qiyasbəyli, tədris hissə müdiri isə Gövhər xanım Qayıbova idi. Burada Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Abdulla Şaiq və digər tanınmış müəllimlər dərs deyirdilər. 120 qızın ana dilində təhsil alması Azərbaycan qadınının həyatında mühüm hadisə oldu.
1925-ci ildə bu məktəbin ilk buraxılışında 16, 1926-cı ildə isə 40 qız müəllimlik vəsiqəsi aldı. Burada təhsil almış Mirvarid Dilbazi, Şəfiqə Qiyasbəyli, Ümidə Qafarzadə kimi qadınlar maarif və mədəniyyət sahəsində böyük xidmətlər göstərdilər.
1926-cı ildə iki seminariya birləşdirilərək Bakı Müttəhid Pedaqoji Texnikumu adlandırıldı. 1927-ci ildə birləşmiş məktəbin ilk buraxılışı keçirildi — 105 nəfər məzun müxtəlif bölgələrdə fəaliyyətə başladı. Bu təhsil ocaqları Azərbaycan maarifçiliyinin və milli pedaqoji kadr hazırlığının formalaşmasında mühüm rol oynadı.
Kollecdə dərs demiş görkəmli şəxsiyyətlər
Hüseyn Cavid
Şair, dramaturq
Üzeyir bəy Hacıbəyli
Bəstəkar, maarifçi
Abdulla Şaiq
Yazıçı, pedaqoq
Müslüm Maqomayev
Bəstəkar, dirijor
S. M. Qənizadə
Maarifçi, pedaqoq
"Burada təhsil alan müəllimlər yüksək vətənpərvərlik və peşəkarlıq nümunəsi göstərirdilər."
— Mirvarid Dilbazi