Elanlar

Subbakalavrların qeydiyyatı başlayıb

A
Admin
05 May, 2026 1 baxış
Subbakalavrların qeydiyyatı başlayıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının diqqətinə! 2026-ci ildə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən ADPK məzunlarına müraciət edirik! Əziz məzunlar! Əgər diplom...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunlarının diqqətinə!
2026-ci ildə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən ADPK məzunlarına müraciət edirik!
Əziz məzunlar!
Əgər diplomunuzda subbakalavr dərəcəsi göstərilibsə, Siz qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi müsabiqəsində iştirak edə bilərsiniz.
☑️ Bunun üçün "Tələbə-Məzun" Elektron Məlumat Sisteminə ÜÖMG-arayış məlumatlarınız daxil edilmiş və təsdiqlənmiş olmalıdır.
✅ Yalnız bu halda Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edərək imtahansız qəbul imkanından yararlana bilərsiniz.
❌ Əgər sistemdə məlumatlarınız yer almırsa və təsdiqlənməyibsə, müsabiqədə iştirak edə bilməyəcəksiniz.
📌 Ətraflı məlumat üçün link:
📝 ÜÖMG-nin hesablanması üçün tələb olunan sənədlər (yalnız elektron formada) aşağıdakı ünvana göndərilməlidir:
📧 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Sənədlər:
Diplomun skan edilmiş surəti
Diploma əlavənin skan edilmiş surəti
Şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti
Tam orta (11 illik) təhsil bazasından qəbul olunanlar üçün: attestatın skan edilmiş surəti
📞 Əlavə suallar üçün əlaqə nömrəsi: 012-539-11-71

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası