24.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda III kurs tələbələrinin tədris təcrübəsinin yekunu və istehsalat təcrübəsinin başlanması münasibətilə iclas keçirilmişdir. İclasda “Ailə və ev təhsili” və “Fiziki tərbiyə” ixtisaslarının tələb...
24.04.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda III kurs tələbələrinin tədris təcrübəsinin yekunu və istehsalat təcrübəsinin başlanması münasibətilə iclas keçirilmişdir.
İclasda “Ailə və ev təhsili” və “Fiziki tərbiyə” ixtisaslarının tələbələri iştirak etmişlər.
İclasda, həmçinin “Ailə və ev təhsili” ixtisasının şöbə müdiri f.ü.f.d. İradə Babayeva, “Fiziki tərbiyə müəllimliyi” ixtisasının şöbə müdiri Faiq Məmmədov, “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının sədri f.ü.f.d. Vəfa Yunusova, “İncəsənət və fiziki tərbiyə” fənn birləşmə komissiyasının sədri Təranə Həmzəbəyova, həmçinin ixtisas müəllimləri iştirak etmişlər.
İclası “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri f.ü.f.d. Vəfa Yunusova açaraq tədris təcrübəsinin yekunları və istehsalat təcrübəsinin gedişi haqqında ümumi məlumat vermişdir.