Tələbə həyatı

“English Skills Development Club”un növbəti görüşü “Past Events” mövzusuna həsr olunub

A
Admin
07 May, 2026 1 baxış

ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimi Ağayeva Turanənin təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində keçirilən növbəti görüş “Past Events” mövzusuna həsr olunmuşdur. Görüş zamanı iştirakçılar qısa hekayələrin oxunması üzərində çalışaraq mətnin məzmununu anlama və...

ADPU-nun nəzdində ADPK-nın xarici dil müəllimi Ağayeva Turanənin təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində keçirilən növbəti görüş “Past Events” mövzusuna həsr olunmuşdur.
Görüş zamanı iştirakçılar qısa hekayələrin oxunması üzərində çalışaraq mətnin məzmununu anlama və təhlil etmə bacarıqlarını inkişaf etdirmişlər.
Eyni zamanda “Past Simple” qrammatik mövzusu izah olunmuş və müxtəlif praktiki tapşırıqlar vasitəsilə möhkəmləndirilmişdir.
Sessiyanın yazı hissəsində tələbələr keçmiş hadisələrə dair məktub yazaraq həm qrammatik biliklərini, həm də yazı bacarıqlarını tətbiq etmək imkanı əldə etmişlər.
Bu cür görüşlər tələbələrin ingilis dili üzrə ümumi bacarıqlarının inkişafına mühüm töhfə verir.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası