Tələbə həyatı

“Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilib

A
Admin
11 Mar, 2026 1 baxış
“Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tərəfindən “Tariximizin izi” dərnəyinin fəaliyyəti çərçivəsində “Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilmişdir. Seminarda Qərbi Azərbaycanın...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tərəfindən “Tariximizin izi” dərnəyinin fəaliyyəti çərçivəsində “Qərbi Azərbaycanın tarixi coğrafiyası” mövzusunda seminar keçirilmişdir.
Seminarda Qərbi Azərbaycanın tarixi-coğrafi mövqeyi, burada qədim dövrlərdən etibarən yaşamış Azərbaycan türklərinin maddi və mənəvi irsi, yaşayış məntəqələri, toponimləri və mədəni abidələri haqqında geniş məlumat verilmişdir. Eyni zamanda, bu bölgənin Azərbaycan xalqının etnik-mədəni məkanının ayrılmaz hissəsi olduğu vurğulanmışdır. Tarixi xəritələr və təqdimatlar nümayiş olunmuş, tələbələrin fəal iştirakı təmin edilmiş, suallar cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.
Seminar tarixi biliklərin artırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası