ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin hər iki korpusunda Nizam-intizam qrupunun növbəti iclası keçirilib. İclas zamanı kollecdə nizam-intizamın daha da gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub. Eyni za...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin hər iki korpusunda Nizam-intizam qrupunun növbəti iclası keçirilib.
İclas zamanı kollecdə nizam-intizamın daha da gücləndirilməsi və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub. Eyni zamanda, tələbələrin davamiyyəti, nizam-intizam qaydalarına riayət etmələri və asudə vaxtlarının səmərəli təşkili məsələləri diqqət mərkəzində olub.