ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində tələbələrin yazı və qrammatika bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib. Bu məşğələdə tələbələr "Past Si...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində tələbələrin yazı və qrammatika bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib.
Bu məşğələdə tələbələr "Past Simple" zamanının tətbiqi və qısa, məzmunlu məktub yazma texnikası ilə tanış olublar. Onlar qrammatik qaydaları nümunələr üzərində tətbiq etməklə müxtəlif situasiyalar üçün məktublar hazırlayaraq qrup müzakirələrində təqdim ediblər. Sessiya dinamik keçib, iştirakçıların yazılı ifadə və qrammatik dəqiqlik bacarıqlarını gücləndirib.