ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla baş tutub. Bu dəfəki mövzumuz “Hobbies and Free Time” idi. Görüş zamanı tələbələr dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə xüsu...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə “English Skills Development Club” çərçivəsində növbəti görüş uğurla baş tutub. Bu dəfəki mövzumuz “Hobbies and Free Time” idi. Görüş zamanı tələbələr dinləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə xüsusi hazırlanmış mətn üzərində işləyib və mövzu ilə bağlı sual-cavab sessiyasında fəal iştirak ediblər. Eyni zamanda, qrammatika hissəsində “I like / I don’t like” strukturları ətraflı izah olunub və praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilib. Tələbələr öz hobbiləri və asudə vaxtlarını necə keçirdikləri barədə fikirlərini ingilis dilində ifadə etmək imkanı qazanıblar. Görüş interaktiv, maraqlı və öyrədici mühitdə keçib. Bütün iştirakçılara təşəkkür edir və növbəti sessiyalarda yenidən görüşməyi səbirsizliklə gözləyirik!
Müəllif
Admin
ADPK redaksiyası