Tələbə həyatı

“Conversation Club” çərçivəsində peşəkar ünsiyyət görüşü keçirilib

A
Admin
19 Dec, 2025 1 baxış
“Conversation Club” çərçivəsində peşəkar ünsiyyət görüşü keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə "Conversation Club" çərçivəsində tələbələrin peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib. Bu dəfə mövzu “At a Business Lunch” olub. Tələbələr işgüzar nahar za...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə "Conversation Club" çərçivəsində tələbələrin peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti görüş keçirilib.
Bu dəfə mövzu “At a Business Lunch” olub. Tələbələr işgüzar nahar zamanı istifadə olunan əsas ifadələri, etik davranış qaydalarını və peşəkar dialoq formalarını öyrənib, real situasiyalar əsasında dialoqlar quraraq mövzuya başlama, fikir bildirmə, təklif vermə və səmimi şəkildə söhbəti tamamlamanın praktik üsullarını məşq ediblər. Görüş interaktiv şəkildə keçərək tələbələrin ingilis dilində peşəkar ünsiyyət bacarıqlarını daha inamlı şəkildə tətbiq etməsinə şərait yaradıb.
Əziz tələbələr, növbəti "Conversation Club" görüşünə siz də qoşulun! İngilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək və peşəkar kommunikasiya təcrübənizi artırmaq üçün qarşıdakı sessiyaları qaçırmayın!

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası