ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə tələbələrin fərdi inkişafına və gələcək karyera planlamasına dəstək məqsədilə “Talking about Your Major and Career Goals” mövzusunda “Conversation Club” çərçivəsində növbəti görüş təşkil edilib. G...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər FBK-nın təşkilatçılığı ilə tələbələrin fərdi inkişafına və gələcək karyera planlamasına dəstək məqsədilə “Talking about Your Major and Career Goals” mövzusunda “Conversation Club” çərçivəsində növbəti görüş təşkil edilib.
Görüş zamanı tələbələr ixtisas seçimləri, gələcək peşə hədəfləri və karyera planları barədə fikirlərini ingilis dilində sərbəst şəkildə ifadə ediblər. İnteraktiv müzakirələr, qrup işləri və təqdimatlar vasitəsilə iştirakçılar həm dil bacarıqlarını inkişaf etdirib, həm də gələcək planlarını daha aydın şəkildə formalaşdırmaq imkanı əldə ediblər.