Tələbə həyatı

Aprel döyüşlərinə həsr olunmuş dərslər təşkil olunub

A
Admin
03 Apr, 2026 1 baxış
Aprel döyüşlərinə həsr olunmuş dərslər təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın müəllimləri tərəfindən 2 aprel 2026-cı il tarixində Aprel döyüşlərinə həsr olunmuş dərslər təşkil olunub. Dərslər zamanı 2016-cı ilin Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti, Azərbaycan Ordusunun göstərdiyi qəhrə...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar FBK-nın müəllimləri tərəfindən 2 aprel 2026-cı il tarixində Aprel döyüşlərinə həsr olunmuş dərslər təşkil olunub.
Dərslər zamanı 2016-cı ilin Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələri və əldə olunan uğurlar barədə ətraflı məlumat verilib. Müəllimlər çıxışlarında vurğulayıblar ki, bu döyüşlər Azərbaycan xalqının gücünü, birliyini və torpaqlarımızın azadlığı uğrunda qətiyyətini bir daha nümayiş etdirib.
Eyni zamanda, tələbələrin mövzu ilə bağlı hazırladıqları çıxışlar dinlənilib, qəhrəman şəhidlərimizin şücaəti, ordumuzun yüksək peşəkarlığı və xalq–ordu birliyi xüsusi qeyd olunub. Qeyd edilib ki, Aprel döyüşləri gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşmasına mühüm təsir göstərir.
Ümumilikdə, keçirilən dərslər tələbələrdə milli ruhun yüksəldilməsinə və tarixi yaddaşın qorunmasına əhəmiyyətli töhfə verib.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası