Tədbirlər

Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı layihəyə start verilib

A
Admin
03 Mar, 2026 1 baxış
Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı layihəyə start verilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–informatika fənn birləşməsinin müəllimləri tərəfindən Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiya (WUF13) ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin fəaliyyət planına uyğun olaraq layihəyə start ve...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–informatika fənn birləşməsinin müəllimləri tərəfindən Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiya (WUF13) ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin fəaliyyət planına uyğun olaraq layihəyə start verilmişdir.
Layihə planına təqdimatlar, brifinqlər, dəyirmi masalar, simulyasiya təlimləri və digər maarifləndirici tədbirlər daxildir. Sözügedən tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi və geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
Tədbirin məqsədi:
• Tələbələrdə dayanıqlı şəhərsalma prinsipləri haqqında bilik və anlayışların formalaşdırılması;
• Şəhər mühitinin planlaşdırılması və idarə olunması sahəsində innovativ yanaşmaların təşviqi;
• Riyaziyyat və informatika fənlərinin real həyat problemlərinin həllində tətbiq imkanlarının nümayiş etdirilməsi;
• Analitik düşünmə, rəqəmsal bacarıqların və komanda ilə işləmək vərdişlərinin inkişaf etdirilməsi;
• Tələbələrin beynəlxalq təşəbbüslər və qlobal platformalar barədə məlumatlılığının artırılması.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası