ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı, FBK müəllimlərinin moderatorluğu və tələbələrin iştirakı ilə “Qanunvericilik normaları və uşaq hüquqlarının müdafiəsi: təhsil və erkən nikah kontekstində” mövzusunda dəyirmi masa keçirili...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı, FBK müəllimlərinin moderatorluğu və tələbələrin iştirakı ilə “Qanunvericilik normaları və uşaq hüquqlarının müdafiəsi: təhsil və erkən nikah kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə uşaq hüquqlarının qorunması, təhsilin uşaqların inkişafındakı rolu, erkən nikahın yaratdığı sosial və hüquqi problemlər müzakirə olunub. Tələbələr mövzu ilə bağlı məruzələrlə çıxış edərək erkən nikahın mənfi təsirlərini, uşaqların təhsil hüququnun qorunmasının vacibliyini vurğulayıblar.