01 may 2026-cı il tarixində Pedaqogika-Psixologiya Fənn Birləşməsinin müəllimləri Şükufə Xankişiyeva və Məlahət Rəhimova rəhbərliyi ilə qarşıdan gələn Ulu Öndərin doğum günüylə əlaqədar İT24|02SB, İT24/01SB qrup tələbələrinin vətənpərvərlik ruhunun yüksəldilməsi və milli mənəvi dəyərlərə bağlılığı...
01 may 2026-cı il tarixində Pedaqogika-Psixologiya Fənn Birləşməsinin müəllimləri Şükufə Xankişiyeva və Məlahət Rəhimova rəhbərliyi ilə qarşıdan gələn Ulu Öndərin doğum günüylə əlaqədar İT24|02SB, İT24/01SB qrup tələbələrinin vətənpərvərlik ruhunun yüksəldilməsi və milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məqsədilə Fəxri xiyabana ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində tələbələr ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, onun Azərbaycan dövlətlçiliyi və xalqı qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumatlandırılmışlar.
Ziyarət zamanı tələbələr dərin ehtiramla məzar önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini yad etmişlər.