ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “PowerPoint ilə təqdimatların hazırlanması” mövzusunda növbəti görüşü keçirilib. Görüş zamanı tələbələr PowerPoint proqramı ilə tanış olublar. Sl...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat–İnformatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “PowerPoint ilə təqdimatların hazırlanması” mövzusunda növbəti görüşü keçirilib.
Görüş zamanı tələbələr PowerPoint proqramı ilə tanış olublar. Slaydların yaradılması və dizaynın qurulması izah edilib, mətn, şəkil və qrafiklərin əlavə olunması öyrədilib.
Təqdimat zamanı düzgün danışıq və çıxış qaydaları müzakirə olunub, tələbələr kiçik qruplarda praktiki təqdimatlar hazırlayıblar.