ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “Excel ilə məlumat analizi” mövzusunda növbəti görüşü keçirilib. Görüşdə tələbələr Excel proqramında məlumatların çeşidlənməsi və süzgəcdən keçir...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” klubunun “Excel ilə məlumat analizi” mövzusunda növbəti görüşü keçirilib.
Görüşdə tələbələr Excel proqramında məlumatların çeşidlənməsi və süzgəcdən keçirilməsi, şərti formatlama, əsas və şərtə bağlı funksiyalar, VLOOKUP, Pivot cədvəllər, Power Query, qrafiklərin düzgün seçimi və məlumatların analizi ilə praktiki şəkildə tanış olublar.