Tədbirlər

“Novruz sevincini balacalarla birlikdə yaşayaq!” adlı şənlik təşkil olunub

A
Admin
22 Mar, 2026 1 baxış
“Novruz sevincini balacalarla birlikdə yaşayaq!” adlı şənlik təşkil olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisası tələbələrinin və metodist müəllimlərin təşəbbüsü, pedaqoji təcrübə keçən tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Novruz sevincini balacalarla birlikdə yaşayaq!” adlı rəngarəng şənlik tədbiri təşkil...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisası tələbələrinin və metodist müəllimlərin təşəbbüsü, pedaqoji təcrübə keçən tələbələrin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Novruz sevincini balacalarla birlikdə yaşayaq!” adlı rəngarəng şənlik tədbiri təşkil olunub.
Tədbir zamanı tələbələr milli adət-ənənələrimizi əks etdirən səhnəciklər göstərib, bayram mahnıları ifa edib və maraqlı oyunlar təqdim ediblər. Mehdi obrazının çıxışı isə qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tələbələrin hazırladıqları proqram uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına, kollektivdə ünsiyyət bacarıqlarının möhkəmlənməsinə və milli-mənəvi dəyərlərimizin aşılanmasına töhfə verib.
Novruz bayramı hər bir evə bolluq, ruzi və xoşbəxtlik gətirsin!

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası