ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika FBK-nın təşkilatçılığı ilə “Müasir gənclik ənənələri qoruyurmu?” mövzusunda debat keçirilib. Tədbirin məqsədi tələbələrdə analitik düşünmə bacarığını və müzakirə mədəniyyətini inkişaf etdirmək olub. Gənclər öz fiki...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika FBK-nın təşkilatçılığı ilə “Müasir gənclik ənənələri qoruyurmu?” mövzusunda debat keçirilib.
Tədbirin məqsədi tələbələrdə analitik düşünmə bacarığını və müzakirə mədəniyyətini inkişaf etdirmək olub. Gənclər öz fikirlərini sərbəst şəkildə ifadə edərək həm milli dəyərlərimizə münasibətlərini, həm də müasir baxışlarını bölüşüblər. Fikir müxtəlifliyi və aktiv iştirak debatı daha da zənginləşdirib.