Tədbirlər

“Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda seminar keçirilib

A
Admin
22 Dec, 2025 1 baxış
“Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda seminar keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-psixologiya FBK-nın fəaliyyət planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur. Seminar FBK müəlliminin t...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Pedaqogika-psixologiya FBK-nın fəaliyyət planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Konstitusiya hüquqları və vətəndaş vəzifələri” mövzusunda maarifləndirici seminar təşkil olunmuşdur.
Seminar FBK müəlliminin təşəbbüsü, İnklüziv təhsil ixtisası tələbələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə tələbələrə Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlar, vətəndaş vəzifələri, uşaqların hüquqları, inklüziv təhsilin mahiyyəti və inklüziv təhsil müəlliminin rolu barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, inklüziv təhsil bərabər imkanların yaradılmasına və hər bir uşağın fərdi xüsusiyyətlərinə hörmət prinsipinə əsaslanır.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası