Vətənpərvərlik

Kollec əməkdaşları şəhid Kamran Əliyevin ailəsini ziyarət ediblər

A
Admin
08 Apr, 2026 1 baxış
Kollec əməkdaşları şəhid Kamran Əliyevin ailəsini ziyarət ediblər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova, kollecin Azərbaycan dili və ədəbiyyat FBK müəllimi K. Sultanova və Pedaqogika-psixologiya FBK müəllimi Z. Ələkbərova Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gedə...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova, kollecin Azərbaycan dili və ədəbiyyat FBK müəllimi K. Sultanova və Pedaqogika-psixologiya FBK müəllimi Z. Ələkbərova Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gedərək Vətən müharibəsi şəhidi Kamran Əliyevin ailəsini ziyarət ediblər.
Səfər zamanı şəhidin keçdiyi şərəfli həyat yolu və döyüşlərdə göstərdiyi igidlik nümunələri yad olunub, ailə üzvlərinə mənəvi dəstək göstərilib.
Kamran Əliyev 12 oktyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Eyni zamanda, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası