Nailiyyətlər

ADPK məzunu İqbal Rzayev Dünya Kubokunun qalibi olub

A
Admin
03 Nov, 2025 1 baxış
ADPK məzunu İqbal Rzayev Dünya Kubokunun qalibi olub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının məzunu İqbal Rzayev əlbəyaxa döyüş üzrə 97+ kq çəki dərəcəsində mübarizə apararaq Dünya Kubokunun sahibi olub. Yarış Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilib. 5 dəqiqəlik raundu...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasının məzunu İqbal Rzayev əlbəyaxa döyüş üzrə 97+ kq çəki dərəcəsində mübarizə apararaq Dünya Kubokunun sahibi olub.

Yarış Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilib. 5 dəqiqəlik raundun 4-cü dəqiqəsində idmançımız rəqibini məğlub edərək möhtəşəm qələbə qazanıb.

Məzunumuzun nailiyyətləri:

  •  2023 – Azərbaycan kəmərinin sahibi
  •  2024 – 2-ci dəfə Azərbaycan çempionu
  •  2025 – Dünya Kubokunun sahibi

Məzunumuzu bu böyük uğuru münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr və parlaq zirvələr arzulayırıq!

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası