Tədbirlər

“Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib

A
Admin
04 Dec, 2025 1 baxış
“Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda "Dəyişən Düşüncə" Psixologiya Klubu çərçivəsində “Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin məqsədi gənclərdə emosional savadlılıq və qarşılıqlı anlama mədəniyyətini inkişaf etdirmək ol...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda "Dəyişən Düşüncə" Psixologiya Klubu çərçivəsində “Empatiya və qarşılıqlı anlama” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin məqsədi gənclərdə emosional savadlılıq və qarşılıqlı anlama mədəniyyətini inkişaf etdirmək olub. Tələbələr real situasiyalar və interaktiv tapşırıqlar vasitəsilə empatiyanın münasibətlərdə necə dəyişdirici gücə malik olduğunu praktiki olaraq hiss ediblər.
Sonda iştirakçılar empatiyanın cəmiyyətdə harmoniya yaradan əsas bacarıq olduğunu, qarşılıqlı anlamanın isə sağlam ünsiyyətin vacib şərti olduğunu vurğulayıblar.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası