ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial iş və menecment FBK müəllimlərinin təşkilatçılığı ilə “Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə Sosial iş ixtisasının tələbələri fəal iştirak edərək mövzu ətrafında maraqlı müza...
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sosial iş və menecment FBK müəllimlərinin təşkilatçılığı ilə “Əlilliyi olan uşaqların təhsili və inteqrasiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Sosial iş ixtisasının tələbələri fəal iştirak edərək mövzu ətrafında maraqlı müzakirələr aparıblar. Görüş zamanı əlilliyi olan uşaqların təhsil hüquqları, inklüziv təhsil mühitinin yaradılmasının əhəmiyyəti və onların cəmiyyətə inteqrasiyası imkanları barədə fikir mübadiləsi aparılıb.
Dəyirmi masa “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunub və uşaqların bərabər təhsil imkanlarına dair ictimai maarifləndirməni artırmaq məqsədi daşıyıb.
Müəllif
Admin
ADPK redaksiyası