Tədbirlər

“Conversation Club” tələbələrin ingilis dili danışıq bacarıqlarını gücləndirir

A
Admin
03 Nov, 2025 1 baxış
“Conversation Club” tələbələrin ingilis dili danışıq bacarıqlarını gücləndirir

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər Fənn Birləşməsi Komissiyasının təşkilatçılığı ilə Yasamal və Sabunçu korpuslarında tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə növbəti “Conversation Club” görüşləri keçirilib.   Tədbir çərçivəs...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Xarici dillər Fənn Birləşməsi Komissiyasının təşkilatçılığı ilə Yasamal və Sabunçu korpuslarında tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə növbəti “Conversation Club” görüşləri keçirilib.

 

Tədbir çərçivəsində tələbələr maraqlı mövzular ətrafında fikir mübadiləsi aparıb, ingilis dilində sərbəst ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdiriblər. İnteraktiv müzakirələr, qrup tapşırıqları və sual-cavab sessiyaları ilə zəngin olan görüş tələbələrin dil biliklərini təkmilləşdirməklə yanaşı, onların özünəinamına və kommunikasiya bacarıqlarının inkişafına da töhfə verib.

 

“Conversation Club”un növbəti görüşlərində daha çox tələbənin fəal iştirak edəcəyi gözlənilir.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası