Elmi fəaliyyət

Cəlil Məmmədquluzadənin xatirəsi “Kino günü” çərçivəsində yad olundu

A
Admin
07 May, 2026 1 baxış

Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində 05.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Azərbaycan dili və ədəbiyyat FBK”-sı, müəllimlərdən Gülnarə Kazımova və Günel Da...

Müəllimlərin asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədilə həyata keçirilən 5 həftəlik proqram çərçivəsində 05.05.2026-cı il tarixində ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunda “Azərbaycan dili və ədəbiyyat
FBK”-sı, müəllimlərdən Gülnarə Kazımova və Günel Dadaşovanın təşkilatçılığı ilə Azərbaycanın dahi yazıçısı, maarifçi realist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri Cəlil Məmmədquluzadənin xatirəsi yad olundu.
“Kino günü” proqramı çərçivəsində dahi sənətkarın məşhur “Ölülər” əsərinin motivləri əsasında çəkilmiş O dünyadan salam filmi nümayiş olundu.
Filmdə elmiliklə cahillik, köhnəliklə yenilik qarşı-qarşıya təqdim olunur.
Müasir və yenilikçi düşüncəyə malik obrazlar hadisələrə məntiq və araşdırma ilə yanaşır, problemlərin həllini bilikdə axtarırlar.
Filmin nümayişi bitdikdən sonra onun haqqında diskussiya aparıldı.

Paylaş:

A

Müəllif

Admin

ADPK redaksiyası